Sabah Bakının iki rayonunda qaz kəsiləcək
24 aprel 2025 17:54 (UTC +04:00)

Sabah Bakının iki rayonunda qaz kəsiləcək

Aprelin 25-də Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə aprelin 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar