"Barselona" Yamalla bağlı qərar verdi
24 aprel 2025 17:57 (UTC +04:00)

"Barselona" Yamalla bağlı qərar verdi

"Barselona"nın futbolçusu Lamin Yamalın komandada qalma ehtimalı var.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Nikolo Şiranın sözlərinə görə, Kataloniya klubu 17 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.

“Barselona” 2031-ci ilə qədər yeni müqavilə imzalamağı planlaşdırır, hazırkı müqavilə 2026-cı ilin yayına kimi hesablanıb.

Yeni müqavilənin Laminin 18 yaşı tamam olanda (futbolçunun ad günü iyulun 13-dədir) imzalanacağı gözlənilir.

Bu mövsüm Yamal "mavi qranatlar"ın heyətində 47 oyun keçirib, 14 qol vurub və 18 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar