Ançelotti İspaniya Kuboku finalı ərəfəsi iki əsas oyunçusunu  itirdi
24 aprel 2025 16:21 (UTC +04:00)

Ançelotti İspaniya Kuboku finalı ərəfəsi iki əsas oyunçusunu itirdi

"Barselona" ilə Kral Kuboku finalı öncəsi "Real" iki əsas oyunçusunu itirmək problemi ilə üzləşib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun rəsmi saytı David Alaba və Eduardo Kamavinqanın qarşıdakı oyunda iştirak edə bilməyəcəyini yazıb.

Komandanın baş məşqçisi Karlo Ançelotti təsdiqləyib ki, hər iki futbolçu “Xetafe” ilə oyunda (1:0) əzələ zədəsi alıb və “El Klassiko”ya qədər sağala bilməyəcəklər.

Bundan başqa, “Real”ın zədəlilər siyahısında müdafiəçilər Dani Karvahal, Eder Militao və Ferlan Mendi, həmçinin hücumçu Kilian Mbappe də var. Bununla belə, sonuncu ikisinin aprelin 26-na planlaşdırılan Kral Kuboku finalından əvvəl meydanda olacağı gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2366

Oxşar yazılar