“Srvena Zvezda”dan dünya rekordu
24 aprel 2025 13:53 (UTC +04:00)

“Srvena Zvezda”dan dünya rekordu

Serbiyanın “Srvena Zvezda” klubu 8 il ərzində heç bir ev oyununda uduzmamaqla dünya rekorduna imza atıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Srvena Zvezda” “Partizan” üzərində qələbədən sonra Belqrad arenasında doğma azarkeşləri önündə 148 oyun keçirib və məğlubiyyətsizlik seritasını davam etdirib.. Qalibiyyət seriyası 2017-ci ilin aprelindən davam edir.

Serbiya komandası 11 qat ölkə çempionudur və 8 ildir evdə uduzmur. Onlar yeddi dəfə ölkə kubokunu qazanıblar. 1991-ci ildə “Srvena Zvezda” Kubok Qalibləri Kubokunu qazandı və eyni mövsümdə Qitələrarası Kubokun qalibi olub. Bu, Serbiyadan Avropa Çempionlar Kubokunu və Qitələrarası Kuboku qazanan yeganə və eyni zamanda ölkənin ən çox mükafatlandırılan klubudur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar