Ən zərərli  un növü
24 aprel 2025 14:59 (UTC +04:00)

Ən zərərli un növü

Bu növ un kökəlməyə və iltihablanmaya səbəb olur. Kökəlmə və iltihablanma - bir-biri ilə sıx əlaqəli problemlərdir və çox vaxt qidalanma tərzindən asılı olur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, xroniki iltihab piylənməyə səbəb ola bilər, artıq çəki isə əksinə, orqanizmdə iltihabı artırır. Bu isə ümumi sağlamlığa mənfi təsir edən zərərli bir dövrə yaradır. Məlum olub ki, bəzi un növləri bu prosesdə gözlənilməz dərəcədə mənfi rol oynaya bilər.

Ən zərərli un – rafinə olunmuş (ağ) un

Nanavatinin sözlərinə görə, rafinə olunmuş un – xüsusilə iltihab və çəki artımı ilə bağlı ən zərərli növlərdən biridir. Bu un növü çörək, makaron və un məmulatlarında geniş istifadə olunur. Lakin ekspert xəbərdarlıq edir: bu unun qəbulu arıqlamaq istəyənlərin səylərini alt-üst edə bilər.

Niyə rafinə un zərərlidir?

Rafinə olunmuş un çoxlu kalori daşıyır, lakin demək olar ki, heç bir qida dəyərinə malik deyil. Onun qlikemik indeksi yüksəkdir, yəni qan şəkərini sürətlə artırır.

Bu, öz növbəsində, tez acmaq və daha çox yemək istəyi yaratmaqla çəki artımına səbəb olur. Uzunmüddətli istifadə isə 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Bəs alternativ nədir?

Şirniyyat və karbohidrat həvəskarları üçün daha sağlam alternativlər mövcuddur:

Badem unu – iltihab əleyhinə xüsusiyyətlərə malikdir, faydalı yağlar, zülal və liflə zəngindir.

Tam buğda unu – kəpəyi və toxumu qoruyur, bu da onu daha qidalandırıcı və sağlam edir. Əgər sağlam qalmaq, çəkiyə nəzarət etmək və iltihab riskini azaltmaq istəyirsinizsə, rafinə olunmuş unu rasiondan çıxarmaq və onu daha faydalı alternativlərlə əvəz etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar