Lənkəranda evi ildırım vurub.
Lent.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Kənd sakini 62 yaşlı Şahan Hüseynova məxsus 2 mərtəbəli, dörd otaqlı evə ildırım düşəndən sonra yanğın başlayıb.
Yanğının qarşısı alınıb. Sakinlər deyib ki, ildırım əvvəl həyətdə olan dirəyi vurub, dirəyə bağlanan naqil vasitəsilə evə keçib.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibinin Rusiyada yaşadığı bildirilir. (APA)