Müəllim bir şagirdlə cinsi əlaqədə oldu,  digərlərini qapıda saxladı
18 oktyabr 2024 11:39 (UTC +04:00)

Müəllim bir şagirdlə cinsi əlaqədə oldu, digərlərini qapıda saxladı

ABŞ-da riyaziyyat müəllimi 16 yaşlı şagirdi ilə cinsi əlaqədə olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı Heyli Klifton-Karmak 2024-cü ilin yanvarında bir şagirdin məktəb rəsmilərinə onunla intim münasibətdə olduğunu deməsindən sonra saxlanılıb. Sonradan məlum olduğu kimi, qadın uzun müddət yeniyetmə ilə cinsi əlaqədə olub. O, oğlanla görüşlər zamanı digər məktəbliləri də məktəbin sinfin qapılarını qorumağa məcbur edib.

Klifton-Karmak ilk dəfə 2023-cü ilin dekabrında sorğu-sual ediləndə, o, sonrakı proseslərdən qaçmaq ümidi ilə Texasa ailəsi ilə qalmağa gedib. Lakin polis onu tapıb. Əvvəlcə qadın bütün ittihamları rədd etsə də, sonradan istintaqla sövdələşib ki, məhkəmə cəzanı yüngülləşdirsin, prokuror isə azyaşlı uşağı şirnikləndirmə və zorlama ittihamlarından əl çəksin.

Nəticədə, Klifton-Karmak cinsi cinayətlər törətmiş insanlar üçün reabilitasiya proqramını tamamlamaq şərti ilə dörd il şərti cəzaya məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar