ABŞ-ın Kentukki ştatında öldüyü düşünülən şəxs orqanlarını çıxararkən dirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bir kişi həddindən artıq dozadan sonra xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirləri ona kömək etməyib və onun öldüyü düşünülüb. Kişi öldükdən sonra orqanlarının bağışlanmasını vəsiyyət etdiyi üçün xüsusi palataya aparılıb. Ancaq əməliyyat zamanı həmin şəxsin sağ olduğu məlum olub. Bundan sonra iki həkim əməliyyatdan imtina edib.
Mütəxəssislərdən birinin dediyinə görə, həkimlər həyat əlamətlərini görəndə rəhbərliklə əlaqə saxlayıb və əməliyyatdan imtina ediblər.
O, həmçinin əlavə edib ki, hadisə baş verən gün kişi ürəyinin vəziyyətini qiymətləndirən prosedurdan keçib. Prosedur zamanı ürək işləməyə başlayıb, lakin kişiyə sakitləşdirici iynə vurublar və ürəyini çıxarmağa hazırlaşıblar.
“Mən bütün həyatımı orqan donorluğuna və transplantasiyasına həsr etmişəm. İndi çox qorxuram ki, bunların baş verməsinə icazə verilir və donorları qorumaq üçün başqa heç nə edilmir”, - deyə qadın bildirib.
Bu arada “canlı donor”un taleyinə biganə qalmaqda ittiham olunan qurum hər şeyi təkzib edir. Onlar əməliyyat edən həkimlərə təzyiq etmədiklərini bildiriblər.