"Microsoft" şirkəti 5 may 2025-ci il tarixindən etibarən "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandıracağını açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə məlumat şirkətin texniki dəstək səhifəsində yerləşdirilib. Bildirilib ki, həmin tarixədək istifadəçilər "Skype"dan istifadəni davam etdirə bilərlər, daha sonra isə istifadəçi hesabları avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcək.
Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.