"Bavariya" gələn yay azad agent kimi Leverkuzen klubunu tərk etməyi planlaşdıran "Bayer"in əsas oyunçusu Conatan Tanı transfer etməyi düşünür.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Barselona” uzun müddətdir ki, 29 yaşlı müdafiəçiyə əsas namizəd hesab edilsə də, onun transferi ilə bağlı hələlik razılıq əldə olunmayıb. O, dekabr ayından bəri Kataloniya klubu ilə danışıqlar aparır, lakin tərəflər hələ də ümumi bir qərara gəlməyiblər.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, "Bavariya" oyunçunun ətrafındakı vəziyyəti fəal şəkildə izləyir və onun itransferi uğrunda mübarizəyə qoşula bilər.
Ta bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə 46 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.