Dəhşətli qəzada gözü çıxıb  yolun ortasına düşdü
01 may 2025 16:18 (UTC +04:00)

Dəhşətli qəzada gözü çıxıb yolun ortasına düşdü

Türkiyədə dəhşətli yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərinin Eskil qəsəbəsində baş verib.

22 yaşlı R.S.-nın idarə etdiyi avtomobil ilə 57 yaşlı Hasan Elikin idarə etdiyi elektrikli motosiklet toqquşub. Qəza zamanı Hasan Elikin başı zərbə ilə avtomobilə çırpılıb və gözü çıxaraq, yolun ortasına düşüb.

Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb. Avtomobil sürücüsü saxlanılıb və cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar