Samsung korporasiyası 2025-ci ilin birinci rübündə ən böyük smartfon istehsalçısı olub.
Lent.az bildirir ki, bu barədə “Canalys”in hesabatında deyilir.
Samsung qlobal bazara 60,5 milyon ədəd smartfon tədarük edib ki, bu da bazarın 20 faizini təşkil edir. Apple bir qədər geridə qalır: Amerika şirkəti 19 faiz payla 55 milyon smartfon göndərib. Xiaomi 14 faizlik payla 41,8 milyon cihaz tədarük edərək üçüncü ən böyük smartfon istehsalçısı seçilib.
Bir il əvvəl Samsung, Apple və Xiaomi də müvafiq olaraq 20, 16 və 14 faizlə smartfon bazarında liderliyi bölüşmüşdülər. Ən böyük artımı Apple göstərib, tədarükləri 13 faiz artırıb.
“Canalys”in məlumatına görə, 2025-ci ilin birinci rübündə 296,9 milyon smartfon satılıb. 2024-cü ilin birinci rübü ilə müqayisədə artım cəmi 0,2 faiz təşkil edib. Daşınmalarda ən güclü artım Çin və ABŞ-da müşahidə olunub. Hindistan, Avropa və Yaxın Şərqdə istehlakçılar yeni qadcetlər almaqda daha təmkinli olublar.