Bakıda “Porche” ilə "avtoşluq"  edən sərxoş xanım həbs olundu - VİDEO
01 may 2025 16:46 (UTC +04:00)

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş xanım həbs olundu - VİDEO

Bakıda “Porche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

Lent.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib.

Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib. 

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar

Gədəbəydə qadın bıçaqlandı

Gədəbəydə qadın bıçaqlandı

1 may 2025 , 21:52
Ağdamda 3 otaqlı ev yandı-VİDEO

Ağdamda 3 otaqlı ev yandı-VİDEO

1 may 2025 , 20:17
Qubada DƏHŞƏT:  77 yaşlı qadın sübh tezdən özünü asdı

Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı

1 may 2025 , 19:32
Kişidi deyilən "uşaq oğrusu"  qadın çıxdı - POLİSDƏN AÇIQLAMA

Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA

1 may 2025 , 18:12
“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU

“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU

1 may 2025 , 16:52
Qazaxıstanlı qadın Azərbaycanda öldü

Qazaxıstanlı qadın Azərbaycanda öldü

1 may 2025 , 16:40
Dəhşətli qəzada gözü çıxıb  yolun ortasına düşdü

Dəhşətli qəzada gözü çıxıb yolun ortasına düşdü

1 may 2025 , 16:18
Aktyor arıqladan dərmandan zəhərləndi

Aktyor arıqladan dərmandan zəhərləndi

1 may 2025 , 15:36