Gədəbəy rayonunda qadının bıçaqlanması faktı ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı müvafiq araşdırma aparılır və yekunda məsələyə hüquqi qiymət veriləcək.
DİN rəsmisi əlavə edib ki, hadisə ilə bağlı qarşı tərəf — N.Quliyev və G.Quliyevdən izahatlar alınıb. İlkin məlumata əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib.
***
21:50
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.
49 yaşlı N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.