“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU
01 may 2025 16:52 (UTC +04:00)

“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 37 yaşlı Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür. 

Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar