ABŞ-da toy fotoqrafı bir gəlinin çılpaq şəklini gizli şəkildə çəkdiyini etiraf edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2024-cü ilin avqustunda polis, qadınların çılpaq fotolarının olduğu yaddaş kartı ələ keçirib. Məlumata görə, fotolar onların xəbəri olmadan, gizli çəkilib. İstintaq zamanı məlum olub ki, zərərçəkənlərdən biri gəlin olub.
Yaddaş kartına sahib olan Mişell Rinqness toyda qonaq fotoqraf olub. O, ifadəsində gəlin paltar dəyişərkən onun fotosunu çəkdiyini etiraf edib.
Rinqness iki il şərti həbs cəzasına məhkum edilib və həmçinin min yarım dollar cərimələnib. O, həmçinin zərərçəkən qadına təzminat ödəyəcək.