Yeni aldığınız paltarları  geyinməzdən əvvəl yumalısınız – XƏBƏRDARLIQ
19 oktyabr 2024 17:30 (UTC +04:00)

Yeni aldığınız paltarları geyinməzdən əvvəl yumalısınız – XƏBƏRDARLIQ

Bir çoxumuz təzə paltar aldıqda onların təmiz olduğunu düşünərək yumuruq və birbaşa geyinirik. 

Lent.az xəbər verir ki, mütəxəssislər isə alış-verişdən sonra diqqətli olmağı məsləhət görür. 

Dermatoloji klinikalardan birinin tibbi direktoru Cami L.Millerin sözlərinə görə, insanların yeni paltar və ya yataq dəstinə görə xəstələnməsi çox nadir hallarda baş verir. Ancaq istisna deyil. 

Bildirilir ki, başqa bir şəxs geyimi sınadıqdan sonra mağazadakı bu paltardan yoluxucu xəstəliyə yoluxma riski çoxdur. 

Eyni zamanda ekspertlər qeyd edirlər ki, insanların son vaxtlar aldıqları malları paltaryuyan maşına atması üçün bir çox səbəblər var.

Niyə paltarlarınızı geyinməzdən əvvəl yumalısınız?

Paltarlara vurulmuş boyalar üstümüzdəki digər geyimləri xarab edə bilər. Çünki onlar həmişə istehsal zamanı dərhal parça ilə sabitləşmir. 

“Əgər səthdə boş boya qalsa və paltar başqa paltarın üstünə və ya altına geyilirsə (məsələn, kombinzon, pencəyin altındakı ipək kofta və s.), həmin boyalar ona keçərək həmişəlik rəngini itirə və ya ləkələyə bilər. 

Ekspertlərin sözlərinə görə, belə geyimləri diqqətlə yumaq lazımdır.

Həmçinin, həssas dərisi və ya allergiyası olan insanların yeni paltarlardakı boyalar və kimyəvi maddələrdən ən çox əziyyət çəkdiyi bildirilir. Çünki paltarın dəri ilə təması səpgi, quruluq, qaşınma və digər xoşagəlməz xəstəliklərə səbəb ola bilər. 

Bundan əlavə, geyim uzun və mürəkkəb tədarük zəncirindən keçir, paltarın komponentləri bir çox mənbələrdən gəlir və son məhsul bir çox əllərdən keçir - müxtəlif bakteriyalar, göbələklər, kir və həşəratlara potensial məruz qalır. Paltarları almadan əvvəl kimin sınadığını heç vaxt bilmirsiniz. Ona görə də onların dərisindəki, burnundaki, ağzındakı mikroblar haqqında da heç bir məlumatınız yoxdur. 

Bunun üçün geyimləri alan kimi yuyun. Belə olan halda mikroblar məhv olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Sevinc Fərid

Oxşar yazılar