Abşeron rayonunda avtomobilin vurduğu piyada 1 həftə sonra ölüb.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 11-də Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində baş verib.
Məmmədov Nicat Tarif oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə piyada Əsədov Əli Vəliqulu oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən oktyabrın 18-də Kliniki Tibbi Mərkəzdə ölüb.
Araşdırma aparılır.