"Mançester Siti"də Qvardiolanı Xabi Alonso  əvəzləyəcək
19 oktyabr 2024 09:59 (UTC +04:00)

"Mançester Siti"də Qvardiolanı Xabi Alonso əvəzləyəcək

"Mançester Siti" "Bayer"in baş məşqçisi Xabi Alonsonun yayda klubdan ayrılacağı təqdirdə Xose Qvardiolanın yerinə namizədliyini nəzərdən keçirir.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Mançester Siti” rəhbərliyi artıq mövsümün sonunda müqaviləsi başa çatacaq Xose Qvardiolanı əvəzləmək üçün variantlar axtarmağa başlayıb. Potensial namizədlər arasında Xabi Alonso da var.

Alonso 2024/2025 mövsümü başa çatdıqdan sonra Almaniya klubunu tərk edə bilər. Namizədlər arasında daha əvvəl “Sportinq”in baş məşqçisi Ruben Amorimin də olduğu açıqlanıb.

Qvardiola 2016-cı ilin yayında “Mançester Siti”yə baş məşqçi təyin olunub. Xabi Alonso ötən mövsüm “Bayer” ilə Bundesliqa və Almaniya Kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar