Livan televiziyası Yəhya Sinvarın ləğvindən sonra Xalid Məşəlin HƏMAS-ın yeni lideri olduğunu bildirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Məşəl İsraillə danışıqların əsas iştirakçıları ilə bütün kommunikasiyalara nəzarət edəcək. LBCI telekanalının məlumatına görə, HƏMAS terror təşkilatının rəhbərliyi siyasi büronun rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb.
Məlumdur ki, Xalid Məşəl bundan əvvəl 1996-2017-ci illərdə Siyasi Büronun rəhbəri vəzifəsində HƏMAS terror təşkilatına rəhbərlik edib. Son illərdə o, Qətərdə yaşasa da, HƏMAS-ın lideri olmağa davam edib.