Keyfiyyətli diş pastasını  necə seçmək olar?
27 sentyabr 2024 13:29 (UTC +04:00)

Keyfiyyətli diş pastasını necə seçmək olar?

Keyfiyyətli diş pastası seçmək sağlam və gözəl dişlərə doğru ilk addımdır. Diş pastası alarkən diqqət etməli olduğunuz əsas şey tərkibindəki flüordur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, f lüor diş çürüməsinə səbəb olan bakteriyalarla mübarizə aparmağa kömək edir və diş minasını gücləndirir.

Stomatoloqlar böyüklərə 1350-1500 ppm flüorid tərkibli diş pastalarından istifadə etməyi tövsiyə edir. Bu, qablaşdırmada axtarmalı olduğunuz yazıdır.

1000 ppm və ya daha çox dəyəri olan diş pastası uşaqlar üçün uyğun hesab olunur.

Lakin bu zaman fırçanın üzərindəki diş məcununun miqdarının noxud ölçüsünü keçməməsini təmin etmək lazımdır.

Stomatoloqlar flüorlu diş pastalarından istifadəni kariyesdən qorunmaq üçün təsirli üsul hesab edirlər.

Bundan əlavə, diş pastalarında digər faydalı maddələr ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Arzu Qurbanlı

Oxşar yazılar