Afrikada şimpanze qadının 8 aylıq körpəsini əlindən alaraq öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Seni Zoqba adlı qadın tarlada işləyərkən ona yaxınlaşan meymun onu dişləyib və səkkiz aylıq uşağını tutub. Daha sonra şimpanze meşədə yoxa çıxıb və orada körpənin cırılmış meyiti daha tapılıb.
Bu hadisənin baş verdiyi kəndin sakinləri meymunlardan deyil, yaxınlıqda olan və şimpanzeləri tədqiq edən Qvineyadakı Bossu İnstitutunun alimlərindən qisas almaq qərarına gəliblər. Qəzəblənən insanlar institutun binasına soxularaq binanı dağıdıblar – kompüterləri, sənədləri və pilotsuz uçan aparatları məhv ediblər, sonra isə yandırıblar.
Bossu İnstitutu bu il bölgədə artıq altı şimpanzenin insanlara hücum etdiyini təsdiqləyib. Ancaq bu ilk ölüm hadisəsi olub.
Ekoloq Alijiu Silla açıqlamasında, şimpanzelərin qida çatışmazlığı səbəbindən yaşayış yerlərini tərk etdiyini və insanlara yaxınlaşdığını irəli sürüb.