Moskva yaxınlığında Ukrayna kəşfiyyatı Rusiya ordusunun komandirini  məhv edib
28 sentyabr 2024 17:13 (UTC +04:00)

Moskva yaxınlığında Ukrayna kəşfiyyatı Rusiya ordusunun komandirini məhv edib

Hərbçi Rusiyanın genişmiqyaslı işğalında və Ukraynaya qarşı hərbi cinayətlərin törədilməsində birbaşa iştirak edib.

Lent.az xarici KİV-ə istinadl bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Moskva vilayətinin Kolomna şəhərində sentyabrın 27-də Rusiya ı ordusunun polkovniki Aleksey Vladimiroviç Kolomeitsev öldürülüb.

Kəşfiyyat məlumatlarına görə, 51 yaşlı Kolomeitsev Rusiya Müdafiə Nazirliyinin pilotsuz aviasiyasının 924-cü dövlət mərkəzinə (20924 saylı hərbi hissə) rəhbərlik edib, burada pilotsuz uçuş aparatlarının, o cümlədən “Şahed”lərin döyüş istifadəsi üzrə mütəxəssislərə, eləcə də pilotsuz uçuş aparatlarının texniki personalına təlim keçib. .


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar