Rekord qırmaq üçün 260 köynək  geyindi
28 sentyabr 2024 16:36 (UTC +04:00)

Rekord qırmaq üçün 260 köynək geyindi

2019-cu ildə kanadalı Ted Hastinqs qeyri-adi rekorda imza atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kanadanın Ontario əyalətinin sakini rekord qırmaq üçün 260 köynək geyinməyi bacarıb.

Rekordçunun sözlərinə görə, 150-ci paltardan sonra etdiyi hərəkətin axmaqlıq olduğunu düşünüb. Buna baxmayaraq, o dayanmayıb və daha 110 köynək geyinib.

Bu qədər formalı köynək geyə bilmək üçün Hastinqs kiçikdən böyük ölçülərə keçməli olub.

Rekordun qırılması inanılmaz ölçülü sonuncu ölçü 20XL olub.

Qeyri-adi rekord qıran Hastinqs bunun nəticəsində təhsil müəssisələrindən birinə vəsait toplamağa nail olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar