Əhmədlidəki torpaq sürüşməsinin  SƏBƏBİ -  VİDEO   -  YENİLƏNİB
12 noyabr 2025 14:18 (UTC +04:00)

Əhmədlidəki torpaq sürüşməsinin SƏBƏBİ - VİDEO - YENİLƏNİB

0

Əhmədlidə torpaq sürüşməsi texnogen problemlərlə bağlıdır.

Lent.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, suvarma ilə bağlı problem olub: "Nəticələr barədə müvafiq qurumlara məlumat verib, təkliflər verəcəyik. Bizim vizual baxışımızda 50 metr dərinliyində su sızması müşahidə olunub".

12:00

Xəbər verdiyimiz kimi Əhmədli qəsəbəsində torpaq sürüşməsi olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Lent.az-a bildirilib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.

***

10:53

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.

Bu barədə Lent.az-a Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1748

Oxşar yazılar