Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur. Bu səbəbdən eks-prezident xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.
Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı. (APA)