"Kurtlar Vadisi"nin "Elif"i uşaqları ilə birgə qəzaya düşdü
12 noyabr 2025 16:16 (UTC +04:00)

"Kurtlar Vadisi"nin "Elif"i uşaqları ilə birgə qəzaya düşdü

0

Məşhur türkiyəli aktrisa Özgü Namal bu gün səhər saatlarında uşaqları ilə birlikdə avtomobil qəzasına düşüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra aktrisa və uşaqları xəstəxanaya aparılıblar.

Aktrisanın meneceri tanınmış sənətçinin və övladlarının durumunun yaxşı olduğunu bildirib.

"Beykozda aktrisanın olduğu avtomobili başqa bir maşın vurub. Təhlükəsizlik kəmərlərindən istifadə və təhlükəsizlik yastıqlarının açılması sayəsində ciddi xəsarətlərin qarşısı alınıb", - deyə aktrisanın nümayəndəsi bildirib.

Qeyd edək ki, Özgü Namal daha çox "Kurtlar Vadisi" serialında "Elif" rolu ilə məşhurlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar