Ata və 4 qızını  yolun ortasında güllələdilər
28 sentyabr 2024 17:33 (UTC +04:00)

Ata və 4 qızını yolun ortasında güllələdilər

Türkiyədə ata və uşaqları yolda güllələnib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Siverek qəsəbəsində baş verib. Burada iki qrup arasında yaranan münaqişə zamanı naməlum şəxslər avtomatla avtomobilə doğru atəş açıblar.

Nəticədə 38 yaşlı Medet K. və onun 4 qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı keçirilən əməliyyat zamanı 3 nəfəri saxlayıb. Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar