13 yaşlı uşağa sitayiş edirlər:  konfeti də aça bilmir
28 sentyabr 2024 19:14 (UTC +04:00)

13 yaşlı uşağa sitayiş edirlər: konfeti də aça bilmir

Hindistanda bir qrup insan 13 yaşlı uşağa sitayiş edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun 13 il əvvəl vəfat etmiş bir "Tanrının" reenkarnasiyası olduğuna inanırlar.

Yayılan görüntülərdə bir uşağın ətrafına toplaşan izdihamın ona heyranlıqla baxdığı əks olunub. Uşağın konfet paketini belə aça bilməməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Görüntülərə şərh yazan digər istifadəçilər vəziyyəti ələ salarkən, bir istifadəçi “Tanrı konfet paketini açmağa çətinlik çəkir” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Oxşar yazılar