Türkiyədə məsciddə gözlənilməz hadisə yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Alaşəhər qəsəbəsində baş verib.
Sübh namazı zamanı 35 yaşlı Mustafa K. qəfil ayağa qalxaraq, gözlənilmədən plastik oturacaqla imamın başına zərbələr vurub. İmamın arxasında namaz qılanlar ibadəti yarımçıq saxlayaraq, onu döyərək məsciddən çıxarıblar. Daha sonra məsələ ilə bağlı polisə məlumat verilib.
Məscidə gələn polislər onu saxlayıblar. Hadisənin hansı səbəbdən baş verməsi bilinmir.