Narkotik satdığı  üçün qonşusunu öldürdü
28 sentyabr 2024 18:15 (UTC +04:00)

Narkotik satdığı üçün qonşusunu öldürdü

Türkiyədə narkotacir öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsində baş verib. Fatih Y. qonşusu Orhan Boyana dəfələrlə narkotik satmaması barədə xəbərdarlıq edib. Lakin qonşu buna məhəl qoymayıb.

Məhəllədə rastlaşan qonşular arasında yenə bu mövzuda mübahisə başlayıb. Nəticədə Fatih Y. bıçaqla Orhanın sinəsin və qarnına xəsarətlər yetirib. Xəstəxanaya aparılan yaralını qurtarmaq mümkün olmayıb.

Fatih Y. polis tərəfindən saxlanılıb. Öldürülən Orhan Boyanın isə əvvəllər bir neçə maddə ilə məhkumluğu olduğu üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar