Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü
21 noyabr 2024 13:05 (UTC +04:00)

Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü

Türkiyədə azərbaycanlı qadın küçədə öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Adapazarı qəsəbəsində baş verib.

Marketdə çalışan 32 yaşlı Şəlalə Mirzəli səhər tezdən işə gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.

Polis kameralara baxaraq, hadisəni törədənin kimliyini müəyyən edib. Onun 45 yaşlı Ələddin A. olduğu məlum olub. O, Çamyolu məhəlləsində gizləndiyi ünvanda saxlanılıb və həbs edilib.

O, ifadəsində bildirib ki, mərhumla 3 ay əvvəl tanış olublar. Lakin sonradan ayrılıblar. Hadisə olan gün səhər qadınla söhbət zamanı aralarında mübahisə yaranıb və Şəlalə Mirzəlini güllələyərək öldürüb. 

Hazırad araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Oxşar yazılar