Yulğunun şəfalı bitki olduğunu  bilirdinizmi?
08 iyul 2024 10:53 (UTC +04:00)

Yulğunun şəfalı bitki olduğunu bilirdinizmi?

Lent.az “Şəfalı bitkilər” rubrikasında quraq çöllərdə, xüsusən Aran zonasında bitən, indi Bakının parklarında bəzək bitkisi kimi istifadə olunan yulğundan bəhs edir.

Hündürlüyü 6 metrə qədər olan yulğun, adətən aprelin axırları və may ayında çiçəkləyir. Çiçək tacı ağ və çəhrayı rəngdə olur. Mütəxəssislərin dediyinə görə, yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Onun özəlliklərindən biri isə quşların sığınacaq yerinin olmasıdır.

Həm suya, həm də quraqlığa davamlı olan yulğunun laksa adlı bir növü var ki, bu da “Qırmızı kitab”a düşüb. Həmin növə Azərbaycan və Gürcüstanın təbiətində rast gəlmək mümkündür.

Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında, eləcə də ağciyərlərin müalicəsində istifadə edirlər. 
Yulğun çiçəyindən  hazırlanmış bal daha dadlı və daha faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar