Cimbom  nə deməkdir? - Belə yaranıb
05 oktyabr 2024 16:59 (UTC +04:00)

Cimbom nə deməkdir? - Belə yaranıb

Azərbaycanda Türkiyənin “Qalatasaray” futbol klubunun tərəfdarları az deyil. Yəqin ki, futbola az çox marağı olan hər kəs bu kluba “Cimbom”  deyildiyini bilir. Bəs Cimbom nə deməkdir?

Lent.az “Belə yaranıb” rubrikasında bu sualın cavabını təqdim edir.

"Qalatasaray" futbol liseyinin bir məzunu Sabit Cinol ali təhsil almaq üçün İsveçrəyə gedir. Lakin futbol sevgisi də davam etdiyi üçün İsveçin “Servette” futbol komandasında oynamağa başlayır. Oynadığı komandanın ulduzu Jim idman həvəskarlarının sevimlisi idi və hər dəfə meydançada "Jim Bom Bom" deyə onu dəstəkləyirdilər. Bu lakonik dəstək Cinolun çox xoşuna gəlir. 1924-cü ildə Türkiyəyə, yenidən "Qalatasaray"a qayıdan Sabit Cinol komandasına himn yazır və bu sözləri himnə əlavə edir. Əslində heç bir mənası yoxdur.

 “Re re, ra ra ra, Qalatasaray Cim Bom Bom” yazaraq tərəfdarlara hədiyyə edir. Artıq 100 ildir bu sözlər və melodiya azarkeşlərin dilindən düşmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar