Sevgiliyə yazılacaq 50 romantik doğum günü mesajı
05 oktyabr 2024 19:35 (UTC +04:00)

Sevgiliyə yazılacaq 50 romantik doğum günü mesajı

Sevgilinizin ad günündə ona yazılacaq romantik sözlər tapmırsınız?

Lent.az bu işdə sizə kömək üçün 50 təbrik mesajını təqdim edir:

Sənə olan hədiyyəm sevgimdir və sənə həyatımızın sonuna qədər bu hədiyyəni verməyə davam edəcəm. Yaxşı ki varsan, sevgilim!

"Ad günün mübarək sevgilim! Səninlə keçirdiyim hər an həyatımın ən gözəl xatirələrinə çevrilir. Mən səni hər gün daha çox sevirəm."

"Bu gün sənin özəl günündür və sən mənim üçün çox xüsusi bir insansan. Sənə olan sevgim hər keçən gün daha da artır. Səninlə olmağıma çox şadam!"

Səni doğum günündə və hər hün, indi və sonsuza qədər sevəcəm. Doğum günün mübrək olsun, eşqim.

Sən hər saatın hər saniyəsində həyatımın günəş işığısan. Sevgilim ad günün mübarək. Səni çox sevirəm!

Dünyada bənzərsiz bir gözəllik varsa, o da sənsən. Qəlbindən keçən nə varsa, yeni yaşda səninlə gəlsin. Mənimlə olduğun üçün şadam, əzizim. Ad günün mübarək.

Sən mənim yaşadığım ömür və ən gözəl günlərimsən. Ad günün mübarək əzizim, neçə illər birlikdə ad günü keçirməyimiz diləyi ilə...

Bütün fəsilləri səninlə bir gündə, bütün illəri bir fəsildə yaşamağa hazıram. Qara nə varsa, yer üzündə səninlə ağa dönür. Yaxşı ki, varsan, sevgilim.

Bəzən gözlərinə baxıb xəyal etdiyim vaxtlarda birlikdə keçirdiyimiz günlərə görə şükr edirəm. Sənin sevgini mənə hədiyyə etdiyi üçün Allaha minnətdaram.

Ad günün mübarək, canım.

Dodaqlarımı öpdüyün zaman ağlımı, ruhumu, bədənimi təslim alırsan. Bir sevişmənin dua kimi, mərasim kimi yaşandığı dəqiqələri keçirirəm səninlə. Neçə belə illərə...

Hər şey həyatımda böyük bir xaos idi, sən gəldin, çaxnaşma bitdi. Sanki dünya səndən artıq deyil və mənə o qədər də bəs edir. Bir çox xoşbəxt illərə birlikdə çatmaq diləyi ilə...

"Ad gününü qeyd etməyin bir çox yolu var, lakin ən özəl yol sizinlə olmaqdır. Səninlə hər an mənim üçün qiymətlidir".

"Səninlə keçirdiyim hər gün, birlikdə olduğumuz hər an, həyatımın ən gözəl hədiyyəsidir. Ad günün mübarək, sevgilim!"

Mən bütün fəsilləri bir günə, bütün illəri isə bir fəsilə sığdırmağa hazıram. Həyatının ən gözəl illərini mənimlə keçirməyi arzulayıram, doğum günün mübarək sevgilim.

Gün işığınla yuduğun qəlbimin sahibi də sənsən, səbəbkarı da. Bacardığın qədər sev, çünki bədənimi də qəlbim kimi sənə vermişəm. Səni çox sevirəm, doğum günün mübarək, canım.

Ürəyimin sonsuz cümlələri var, mənsə zalımların əlindən tükəndiyimi sanırdım. Səninlə xatırlamağa çalışdığım bir mahnı kimi, dilimdə keçmişin pis günləri... Ad günün mübarək, əzizim.

"Yalnız bir gün deyil, hər gün ad günün qədər xüsusi olmalıdır. Mən səni sevirəm və hər zaman səninlə olmaq istəyirəm".

Mən kimsəsiz, yalqız bir insan idim. Sən gəldin, ömrümə bahar gəldi, anladım ki, sənsiz mən heç idim. Xoş gəlmisən və ad günün mübarək əzizim.

Yağışlı gecələrdə məni isladan damlalar, otağımı təravətləndirən bahar çiçəklərinin qoxusu sənsən. Sən mənim həyatımın səbəbisən və sən bitməyən bir şeir kimi seviləcəksən. Neçə belə gözəl illərə...

Səni ağlımda saxlayır, içində hiss edirəm. Ad günün mübarək, sevgilim! Hər yeni yaşında yanında olmaq istəyirəm. Bu ömrü birlikdə bitirməyimiz üçün dua edirəm.

Ad günün mübarək! Sənə olan sevgim hər gün daha da artır. Daha uzun illəri birlikdə qeyd etmək istəyirəm.

Səninlə olduğum hər an həyatımın ən qiymətli anlarıdır. Ad günün mübarək, səni sevirəm!

Hər şeyin ən yaxşısını arzu edirəm sənə, çünki sən özün çox yaxşı bir insansan. Səni sevirəm.

Doğum günün mübarək tatlım. Sən mənim ruhumsan, sən mənim hədəfimsən, neçə belə xoşbəxt yaşlara.

Canım, bu gün ilin ən yaxşı günüdür. Çünki siz balaca körpə doğulmusunuz və bu gün gözlərinizi açdınız. İllər keçdi amma sən hələ mənim balacamsan. Ad günün mübarək əzizim.

Bu gün sənin günündür və səni nə qədər çox sevdiyimi bir daha xatırlatmaq istədim. Ad günün mübarək, sevgilim!

Şeirlərimdən çay iyi gəlir, xəyallarım sadəcə sənsən... Çaydanda nəfəsin, stəkandakı çuxur. Ad günün mübarək həyatımın sevgilisi, əzizim.

Ürəyimi sənə əmanət etsəm, onu qoruyarsan? Dilimin ucunda cənnət, sevgimin sonunda ömrüm olarmı? Ad günün mübarək əzizim.

Min dəfə təşəkkür etsəm yenə azdır. Sən mənim həyat işığımsan. Varlığımın yeganə səbəbi, ad günün mübarək.

Mən səni bir ömürlük bitirmək istəmirəm, amma hər zaman səni yenidən başlamaq istəyirəm. Ad günün mübarək əzizim.

Hadi, tut əllərimdən! Mənimlə yan! Mənimlə hər ümidsizliyə meydan oxu! Mənimlə yat, mənimlə oyan. Ad günün mübarək...

Mən sözlərin aciz olduğunu səninlə öyrəndim. Sən həyatımın rəngi, qəlbimin günəşisən, sevgilim. Doğum günün mübarək.

Sən yaralarıma, ümidsizliyimə dərman oldun. İndiyə qədər haralardaydın? Ad günün mübarək!

Tənha bir insan idim, kimsəsiz, çarəsiz. Sən gəldin, həyatıma bahar gəldi, sənsiz heç bir şey olmadığını anladım. Ad günün mübarək.

Gözəl sevgilim, ad günündə səninlə olmaq mənim üçün ən böyük hədiyyədir. Həmişə bir yerdə olacağımız parlaq illərə...

Səbirli olmağa çalışıram, ətirli bir gül dəstəsi ilə qarşına çıxıb sizi qucağıma alacağım anın xəyalını qururam. Mən sənin üçün çox darıxmışam.

Əzizim, bu gün ad günündür! Hər zaman yanımda olduğun və məni xoşbəxt etdiyin üçün təşəkkür edirəm. Səni çox sevirəm və ad günün mübarək!

Ad günün mübarək əzizim! Səninlə tanış olandan həyatım daha mənalı və gözəl oldu. Mən səni sevirəm və həmişə sənin yanında olacağam.

Bu gün sənin özəl günündür əzizim! Mən səni çox sevirəm və səninlə olmaq məni həmişə xoşbəxt edir. Ad günün mübarək, səni sevirəm!

Bu günüm də, sabahım da sənsən. Sən bənzərsiz bir mələksən. Ad günün mübarək, sevgilim.

Yaşımızın önəmi yoxdur, sevgimiz həmişə gənc qalacaq. Sevgilim, ad günün mübarək!

Xəyalların həyata keçsin, duaların qəbul olsun. Doğum günün mübarək, əzizim.

Səninlə başlayan sevgim nəhəng bir sevgi alovuna dönüb. Səni sevirəm. Ad günün mübarək.

Sənə çox təşəkkür edirəm, həyat işığım, mövcud olmağımın tək səbəbi, doğum günün mübarək.

Ad günün mübarək əziz sevgilim! Mən səni hər gün olduğu kimi bu gün də çox sevirəm. Səni çox xüsusi hiss etdirəcək sürprizlərim var, səni çox sevirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar