Azərbaycanda DƏHŞƏT:  kişi bank borcuna görə  özünü öldürdü
05 oktyabr 2024 11:20 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: kişi bank borcuna görə özünü öldürdü

Lənkəranda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə Göyşaban kəndində baş verib. Kənd sakini 32 yaşlı Röyal Nəsirli gecə saat 3 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, onun banka olan borcunu ödəyə bilmədiyi üçün özünü öldürdüyü ehtimal olunur.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində üzə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3879
avatar

Mehman Nəbiyev

Oxşar yazılar