Bakı metrosunda özünü qatarın altına digər şəxsin də kimliyi bilindi - YENİLƏNİB
05 oktyabr 2024 10:17 (UTC +04:00)

Bakı metrosunda özünü qatarın altına digər şəxsin də kimliyi bilindi - YENİLƏNİB

Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına ataraq, intihara cəhd edən şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Qusar rayon sakini 20 yaşlı İlkin Əmirəliyevdir.

Onun hansı səbəbdən özünü qatarın altına atması isə hələlik bəlli deyil.

Hazırad Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

***
4 Sentyabr, saat: 11:09

Dünən "Ulduz" metrostansiyasında özünü qatarın altına atan oğlanın  son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildirilib ki, mərkəzə hospitalizasiya edilən şəxsin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.

***
10:19

Dünən "Ulduz" metrostansiyasında kişinin qatarın altına düşməsi ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu hadisənin də intihar məqsədilə törədildiyi üzə çıxıb. Belə ki, adı açıqlanmayan 25-30 yaşlarında kişi ölmək üçün özünü qatarın altına atıb.

Onun hansı səbəblə bu addımı atması isə bəlli deyil. Xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşadırma aparılır.

Qeyd edək ki, ötən gün - oktyabrın 3-də metronun "28 May" stansiyasında 55 yaşlı Rövşən Abşıov özünü qatarın altına ataraq, həyatına son qoyub.

***

3 Oktyabr, Saat: 19:36

Bakı metropolitenində daha bir sərinişin qatar yoluna düşüb.

Metropolitenindən Lent.az-a verilən məlumata görə, hadisə “Ulduz” stansiyasında qeydə alınıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub:

“Sərnişin stansiya yolundan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7389
avatar

Mehman Nəbiyev

Oxşar yazılar