Kosmosda  əsir qaldılar
05 oktyabr 2024 11:42 (UTC +04:00)

Kosmosda əsir qaldılar

Kosmik gəminin nasazlığı səbəbindən təxminən 4 aydır kosmos stansiyasında qapalı qalan astronavtlar 2025-ci ilin fevralında Yerə gətiriləcəklər. Beləliklə, Vilmore və Uilliams üçün təxminən 1 həftə davam etməsi nəzərdə tutulan sınaq uçuşu 8 ay sürəcək.

Lent.az xəbər verir ki, NASA astronavtlarını daşıyan və texniki nasazlıqlar səbəbindən iyunun əvvəlindən Beynəlxalq Kosmik Stansiyada (BKS) gözləyən “Boeing”in “Starliner” kapsulu sentyabrın əvvəlində ekipajsız Yerə qayıdıb.

Zədələnmiş kosmik gəmi sərnişinsiz Yerə qayıtdıqdan sonra bütün gözlər BKS-də qapalı qalan iki astronavta çevrilib.

NASA-nın “Starliner” gəmisinin BKS-yə yanaşmasından dərhal sonra verdiyi açıqlamada, kosmik gəmidə 5 helium sızmasının aşkar edildiyi bildirilib. Açıqlamada sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı, sızmanın mənbəyi olan helium klapanlarının bağlandığı və kosmik gəminin stabil vəziyyətdə olduğu bildirilib.

Komandanın Yerə qayıtması üçün ən erkən tarix əvvəlcə 18 iyun olaraq təyin edilsə də, sonrakı açıqlamalarda tarixlər 22 iyun, 26 iyun və 2 iyul olaraq dəyişdirilib.

NASA-dan verilən açıqlamada “SpaceX”in “Crew-9” missiyası çərçivəsində sentyabrın 28-də kosmosa atılan “Dragon” kapsulunun kosmosda qapalı qalan 2 astronavtı Yerə gətirəcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, 5 ay davam etməsi planlaşdırılan “Crew-9” missiyası tamamlandıqdan sonra kosmos stansiyasında gözləyən 2 astronavt missiyada vəzifə yerinə yetirən digər astronavtlarla birlikdə 2025-ci ilin fevral ayında Yerə qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar