“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan? ” - Əməkdar artist gileyləndi
05 oktyabr 2024 20:02 (UTC +04:00)

“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi

Əməkdar artist Təyyar Bayramov teleməkandakı verilişlərdən gileylənib.

Lent.az-ın xəbərinə görə, o, qonaq olduğu şou proqramda bəsit musiqiləri təbliğ edən aparıcılardan danışıb:

"Efirə çağıranda deyirlər ki, muğamı az oxuyun. Hətta deyirlər verilişdə muğam olmasın. Deyirəm, onda məni niyə çağırmısınız? Efirlərdir onları işıqlandıran. Meyxana deyənlər belə başlayıb mahnı oxumağa".

"4 Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə götürüb xüsusi buraxılış həsr edirlər, onu brend edirlər. Hansı muğam ifaçısını tək gətirib veriliş çəkmisiniz?" - deyə o şikayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar