14 yaşlı oğlana görə qızı məktəbdən qaçırtdılar
05 oktyabr 2024 14:40 (UTC +04:00)

14 yaşlı oğlana görə qızı məktəbdən qaçırtdılar

Rusiyanın Ryazan vilayətində bir qaraçı ailəsi oğlunu zorla evləndirmək üçün 16 yaşlı məktəbli qızı qaçırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət sentyabrın 29-da Rıbnoye şəhərində törədilib. 3 nəfər qızı zorla maşına mindirərək Moskva vilayətinə aparıblar. Məlum olub ki, qaçırılan qız 14 yaşlı qaraçı bəyi heç tanımır.

Məlumata görə, qaraçıların qohumları məktəbli qızın şəklini görüb onu gəlin kimi görmək istəyiblər.

Qız axtarışlardan sonra Moskva vilayətinin Kolomna şəhərində tapılaraq ailəsinə təhvil verilib. Onu oğurlayan 3 nəfər isə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar