Fələstin Futbol Federasiyası sosial şəbəkələrdə Fələstin Futbol Assosiasiyasının (PFA) baş katibi Firas Əbu Hilalın İsrail tərəfindən saxlanılmasından şikayət edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bəyanatda Əbu Hilalın 4 saatdan çox saxlanmasının İsrailin Fələstin idmanına qarşı törətdiyi uzun müddətli pozuntuların bir hissəsi olduğu qeyd edilib.
PFA insidentlə bağlı Beynəlxalq Futbol Federasiyası (FİFA), Asiya Futbol Konfederasiyası və Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əlaqə saxlamaq niyyətindədir.
O da qeyd olunur ki, Əbu Hilalın saxlanılması ilk deyil.