Rusiyanın Leninqrad vilayətində qadın sevgilisini bıçaqlayaraq öldürüb və bir ay onun meyiti ilə yaşadıqdan sonra qaçıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Torosovo kəndində baş verib. Qonşular girişdə meyit iyini hiss edərək polisə müraciət ediblər. Qoxu 40 yaşlı Yekaterinanın mənzilindən gəlib. Qapı açılıb və orada 35 yaşlı kişinin cəsədi 8 bıçaq xəsarəti ilə aşkar edilib. Məlum olub ki, o, təxminən bir ay əvvəl vəfat edib.
Qonşular Yekaterinanı bu yaxınlarda gördüklərini, lakin sonra onun yoxa çıxdığını bildiriblər. Qadın federal axtarışa verilib və qətllə bağlı cinayət işi açılıb. Məlum olub ki, Yekaterina əvvəllər qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib və psixi xəstəxanada müalicə olunub. İlkin məlumata görə, o, bu məlumatı sevgilisindən gizlədib.