“Volkswagen” Almaniyadakı zavodlarını bağlaya bilər
06 oktyabr 2024 03:01 (UTC +04:00)

“Volkswagen” Almaniyadakı zavodlarını bağlaya bilər

Avtomobil istehsalçısı “Volkswagen” Almaniyadakı zavodlarını bağlaya və on minlərlə işçini işdən çıxara bilər.

Lent.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Qəzet xatırladır ki, sentyabrda şirkət il üçün nəticələrin proqnozlaşdırılandan daha pis olacağı barədə xəbərdarlıq etmişdi.

Konsernin rəhbəri Oliver Blumenin sözlərinə görə, son 15 ildə şirkət hər il lazım olandan 1,5 milyard avro çox xərcləyib.

Əgər şirkət Almaniyadakı zavodlarını bağlamağa məcbur olarsa, bu, konsernin 90 illik tarixində ilk belə hal olacaq.

Bir müddət öncə “Manager Magazin” yazmışdı ki, “Volkswagen” ortamüddətli perspektivdə 30 minə qədər işçisini ixtisar edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar