Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə yolun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan "BMW X5" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə sürücü 49 yaşlı Salamov Rövşən Abdulla oğlu hadisə yerində, 32 yaşlı Türkanə Rafiq qızı Şükürzadə isə Sumqayıt şhəər Xəstəxanasında ölüblər. Daha 2 nəfər yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.