Ofis mühitində istifadə edilən süni intellekt alətləri dedi-qodu və ya məxfi məlumatları öyrənə, həmçinin sürpriz şəkildə yaya bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçı mühəndis Aleks Blizerian təsadüfən "Otter AI" platformasından istifadə edərək Zoom zəngini qeyd etdiyi bir investisiya firmasının məlumatını tapıb. Bu qeydlər görüşdən bir neçə saat sonraya qədər geri qayıdır, investisiya firması haqqında məxfi və vacib məlumatları özündə saxlayır.
Kibertəhlükəsizlik mütəxəssisləri süni intellekt vasitələrinin şüursuz şəkildə istifadə edildikdə şirkət sirlərini sızdıra, məhkəmə çəkişmələrinə və uğursuzluqlara səbəb ola biləcəyini ifadə ediblər. Bildirilib ki, "Apple", "Google" və "Meta" kimi şirkətlər daha tez-tez istifadə etməyə başladıqca, süni intellekt vasitələri bir çox məxfi məlumatları ifşa edəcək qədər təhlükəlidir.