FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir-VİDEO
06 oktyabr 2024 10:04 (UTC +04:00)

FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir-VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Lent.az-a FHN-dən xəbər verilib. 

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

Oxşar yazılar