Beş qəzada  5 nəfər öldü
12 dekabr 2022 11:20 (UTC +04:00)

Beş qəzada 5 nəfər öldü

Dekabrın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 36 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

# 1884
avatar

Sevinc Fərid

Oxşar yazılar