Azərbaycanda evə silahlı HÜCUM:  saxlanılan var
13 dekabr 2022 13:48 (UTC +04:00)

Azərbaycanda evə silahlı HÜCUM: saxlanılan var

İmişlidə evə atəş açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.

# 2757
avatar

Oxşar yazılar