Sneyder “Qalatasaray”a keçidini şampanla qeyd etdi
21 yanvar 2013 16:15 (UTC +04:00)

Sneyder “Qalatasaray”a keçidini şampanla qeyd etdi

Hollandiyalı futbolçu Uesli Sneyder Türkiyənin “Qalatasaray” klubuna keçidini təyyarədə şampan şərabı ilə qeyd edib. Lent.az-ın məlumatına görə, Sneyder İtaliyanın Milan şəhərindən İstanbula özəl təyyarə ilə yola çıxıb.

 

Tanınmış yarımmüdafiəçi ilə birgə salonda ailəsi, yaxınları və klubun icraçı direktoru Lütfi Arıboğan olub. Onlar təyyarədəcə şampan partladaraq, “Cim-Bom”un yeni transferinin uğurlu olması naminə badələr qaldırıblar. Həmin anı “Doğan” agentliyi görüntüləyib.

 

Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”da 14 nömrəli forma geyinəcək. O, əvvəlki klubu “İnter”də “10 nömrə” altında çıxış etsə də, yeni klubunda bu forma Felipe Meloya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Oxşar yazılar