Suares özünü tanınmaz hala  saldı
27 sentyabr 2024 10:01 (UTC +04:00)

Suares özünü tanınmaz hala saldı

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares saç düzümünü kökündən dəyişərək, saçlarını ağ rəngə boyayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçunun fotosu ilə sosial şəbəkələrdə yayımlanan yazının altında "Luis Suares üçün yeni saç düzümü" başlığı qeyd olunub.

Xatırladaq ki, Luis Suares 2024-cü il yanvarın 1-də "İnter Mayami"nin heyətinə qoşulub. Uruqvaylı futbolçu ilin əvvəlindən Amerika yığmasının heyətində 30 oyunda 21 qol vurub və 9 məhsuldar ötürmə edib.

Sentyabrın 2-də Suares Uruqvay millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Futbolçu 2007-ci ildən milli komandada çıxış edir. Bu müddət ərzində futbolçu millinin heyətində 143 oyun keçirib, ümumilikdə 69 qol vurub və komanda tarixinin bombardiri olub. Uruqvay millisinin tərkibində futbolçu 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar